Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yaponiyada bir qadın əlil qızını boğub öldürəndən sonra intihara cəhd edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Tiba prefekturasının Mobara şəhərində baş verib. Polis 58 yaşlı Çieko Saitonu 29 yaşlı qızı Kananın qətlində şübhəli bilərək saxlayıb. KİV-in məlumatına görə, qadın martın 8-i səhər tezdən qızının başını su ilə doldurulmuş qaba salıb.
Saito anadangəlmə ağır əlilliyi olan Kananın qayğısına həm evdə, həm də xüsusi müəssisədə qalarkən baxıb. O, istintaqçılara verdiyi ifadədə bildirib ki, qızını ümidsizlik səbəbindən öldürüb və bundan sonra həyatına son qoymağı planlaşdırıb. Çünki qızının gələcəyi ilə bağlı çıxılmaz vəziyyətdə olduğunu düşünüb.
Şahidlərdən daxil olan məlumatdan sonra hüquq-mühafizə orqanları Saitonu saxlayıb. Polis hadisənin bütün detallarını və şübhəlinin motivlərini araşdırır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.