Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də XIII Qlobal Bakı Forumunun üçüncü günündə BMT-Habitat və SCUPA ilə birgə “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusunda panel iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər naziri Maria Fernanda Espinosanın moderatorluğu ilə keçirilən iclasda BMT-Habitatın icraçı direktoru Anaklaudia Rosbax, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev, London Sitinin lord meri, London Sitinin sabiq şerifi Michael Mainelli, UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri; Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchiroli, Rumıniya Prezident Administrasiyasının Xarici siyasət, strateji tərəfdaşlıqlar və xaricdə yaşayan rumınlar üzrə müşavir, Rumıniyanın Baş nazirinin müavini, sabiq ədliyyə naziri Ana Birchall çıxış edəcəklər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.