AZ

BMT nin Baş Assambleyasının 73 cü Sessiyasının prezidenti: Əminəm ki, Ümumdünya Şəhərsalma Forumu Bakıda böyük uğurla keçiriləcək

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 mart, AZƏRTAC

Dünyada 1,1 milyard insan gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyon insan evsizdir. Bu o deməkdir ki, biz böyük investisiyalara və düzgün siyasi qərarlara ikiqat səylə yanaşmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Maria Fernanda Espinoza Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunan brifinq zamanı deyib.

O bildirib ki, bu problem siyasət, investisiya, layihələndirmə və şəhər planlaşdırması sahələrində birgə qərarlar tələb edir. Bu böhran insan tərəfindən yaradılıb və buna görə də onun həlli də insan tərəfindən tapılmalıdır.

“Azərbaycanın qonaqpərvərliyinin, güclü logistika imkanlarının, Bakı şəhərinin zəngin tarixinin və mədəniyyətinin şahidi olaraq əminəm ki, Ümumdünya Şəhərsalma Forumu burada böyük uğurla keçiriləcək”, - deyə Espinoza qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
3
azertag.az

4Mənbələr