AZ

WUF13-də iştirak üçün 169 ölkədən 15 minə yaxın şəxs qeydiyyatdan keçib

2026-cı ilin may ayında Bakıda keçiriləcək Dünya Şəhər Forumunda (WUF13) iştirak üçün artıq 169 ölkədən təxminən 15 minə yaxın iştirakçı qeydiyyatdan keçib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinatoru Anar Quliyev XIII Qlobal Bakı Forumunda keçirilən brifinqdə məlumat verib.

Anar Quliyev bildirib ki, iştirakçıların təxminən 30 faizi yerli və regional idarəetmə orqanlarını təmsil edir. Bu da şəhərlərin qlobal urbanizasiya problemlərinin həllində artan rolunu göstərir.

Anar Quliyev qeyd edib ki, forumun rəsmi saytı - WUF13.az - iştirakçılar üçün əsas məlumat platformasıdır. Burada viza prosedurları, yerləşmə və nəqliyyat imkanları ilə bağlı məlumatlar təqdim olunur.

Komitə sədri, həmçinin vurğulayıb ki, WUF13 tədbirlərinin işıqlandırılmasında media nümayəndələrinin rolu xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, jurnalistlər forum haqqında məlumat yaymaqla yanaşı, qlobal səviyyədə əməkdaşlıqların qurulmasına və yeni siyasət təşəbbüslərinin təşviqinə də töhfə verirlər.

A.Quliyev əlavə edib ki, Bakı 2026-cı ilin may ayında WUF13 çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələcək qonaqları qəbul etməyə tam hazırdır.

Seçilən
28
4
day.az

5Mənbələr