AZ

Məskunlaşma yerli səviyyədə həll olunmalı problemdir - Londonun keçmiş lord meri

Bakı. Trend:

Məskunlaşma qlobal problem kimi görünsə də, əslində əsasən yerlisəviyyədə həll olunmalı məsələdir.

Trend xəbərverir ki, bunu London şəhərinin Lord meri (2023–2024), Londonşəhərinin şerifi (2019–2021) Michael Mainelli bu gün Bakıda XIIIQlobal Bakı Forumu çərçivəsində keçirilən "Mənzil sahəsində qlobaləməkdaşlıq – WUF13 üçün perspektivlər" adlı panel müzakirələrindəçıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu sahədə hamı üçün keçərli olan vahidqlobal həll mövcud deyil:

"Çünki hər şəhərin özünəməxsus sosial, iqtisadi və demoqrafikxüsusiyyətləri, eyni zamanda fərqli problemləri var.

Məsələn, Londonda həm yaşayış, həm də məktəb çatışmazlığıproblemi mövcuddur. Şəhərin əhalisinin sürətlə artması buçətinlikləri daha da dərinləşdirir. Belə hallarda problemin həlliüçün yerli iqtisadiyyatın gücləndirilməsi vacibdir. İllərintəcrübəsi göstərir ki, yerli iqtisadi mexanizmlər işə salındıqda bukimi problemlərin aradan qaldırılması mümkün olur.

Bu baxımdan dayanıqlı iqtisadi modelin qurulması xüsusiəhəmiyyət daşıyır. İnsanlara rifah imkanları yaradıldıqda, onlar buimkanlardan istifadə edərək daha sabit və təhlükəsiz yaşayış mühitiformalaşdırırlar. London təkcə böyük bir şəhər deyil, həm dədünyanın ən qədim torpaq sahiblərinin və şəhər sakinlərininyaşadığı məkanlardan biridir".

O qeyd edib ki, bununla belə, məskunlaşma prosesi qlobalmiqyasda artan və mürəkkəbləşən bir fenomendir. Bu səbəbdən yalnızbir sahənin – məsələn, memarların idarə etdiyi layihələrin – buproblemi tam həll etməsi mümkün deyil.

"Müxtəlif sistemlərin paralel şəkildə işləməsi vacibdir. Şəhərinkişafı daim dəyişən və təkamül edən bir prosesdir. Mükəmməl şəhəranlayışı yoxdur; bu gün qurulan şəhərlər zamanla dəyişməyə davamedəcək.
Bu məsələ nə təkcə memarların, nə də yalnız özəl sektorunməsuliyyətidir. Dövlət və özəl sektor arasında tərəfdaşlıqdandanışarkən yalnız maliyyə məsələlərinə fokuslanmaq doğru yanaşmadeyil. Əmlak hüquqlarının qorunması və insanların mənzillə təminolunması üçün müxtəlif maliyyə mexanizmləri mövcuddur və bunlaryaşayış imkanlarının genişlənməsinə kömək edir.

Eyni zamanda, infrastruktur layihələrində müfəssəl və sistemliyanaşma daha səmərəli nəticələr verir. Bəzi hallarda tikintininaşağı keyfiyyətli olması və ya layihələrin gecikməsi maliyyəçatışmazlığı ilə izah edilir. Lakin əslində bu problemlərin əsashəlli yenə də yerli iqtisadiyyatın gücləndirilməsindən keçir", -Michael Mainelli əlavə edib.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr