Bakı. Trend:
Orta Dəhlizin inkişafı ərazi planlaşdırılmasına kompleks vəbalanslaşdırılmış yanaşma tələb edir.
Trend xəbər verirki, bunu bu gün BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) ŞərqiAvropa və Mərkəzi Asiya üzrə Regional Direktoru İrfan Əli ÜmumdünyaŞəhər Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş brifinqdədeyib.
“Belə dəhlizlər yeni imkanlar yaratmaqla yanaşı şəhərlərininkişafının kənd ərazilərinin hesabına baş verməməsi, əksinəonların qarşılıqlı əlaqəsinin təmin olunması üçün balanslaşdırılmışməkan planlaşdırılmasını tələb edir”, – deyə o qeyd edib.
Əlinin sözlərinə görə, region ölkələrində yeni şəhərlərintikintisi üzrə iri layihələr həyata keçirilir.
“Nümunələr arasında Qırğızıstanda Asman, Qazaxıstanda Alatau,Yeni Daşkənd, eləcə də Türkmənistanda Axal şəhərlərini göstərməkolar. Bu şəhərlərin inkişafı inklüzivlik, dayanıqlı inkişaf vəmüasir şəhərsalma planlaşdırması prinsiplərinin tətbiqini tələbedir”, – deyə o vurğulayıb.
O həmçinin qeyd edib ki, Mərkəzi Asiyada yerli səviyyədə iqlimriskləri, o cümlədən ekstremal istilər və istilik dalğaları kimiamillər qiymətləndirilməməlidir; bu hallar region şəhərləri üçüngetdikcə daha ciddi çağırışa çevrilir.
Bundan əlavə, Əli xatırladıb ki, bu yaxınlarda “UN-Habitat”İstanbulda Şərqi Avropa və Mərkəzi Asiya üzrə yeni regional ofisiniaçıb.
“Bu, vaxtında verilmiş qərardır, çünki region iqtisaditransformasiya, şəhər inkişafı və humanitar bərpa proseslərininkəsişməsində yerləşir. Bu, şəhər transformasiyası proseslərininümayiş etdirmək və region ölkələrinə necə dəstək verməyiplanlaşdırdığımızı göstərmək üçün mühüm imkandır”, – deyə obildirib.