Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiyanın Stavropol vilayətində iflasa uğramış “Aktiv Trade Company” (ATK) MMC-nin konkurs idarəçisi xarici şirkətlərin onlara olan borcunu satışa çıxarılması üçün hərrac elan edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, satışa çıxarılan debitor borclarının ümumi məbləği 66,5 milyon rubl təşkil edir.
Satışa Azərbaycan və İran müəssisələrinə qarşı tələblərdən ibarət dörd lot çıxarılıb. Ən böyük lot İranın “Parand Golden Flour Factory” şirkətinin 354,6 min avro və 20 milyon rubl məbləğində borcunu əhatə edir. Bu lotun başlanğıc qiyməti 52,7 milyon rubl müəyyən edilib.
Birinci lot Azərbaycan Respublikasından olan fərdi sahibkar Vüsal Həsənovun 75,7 min ABŞ dolları məbləğində borcunu əhatə edir. Onun başlanğıc qiyməti 5,9 milyon rubldur.
İkinci lot Bakı şəhərində fəaliyyət göstərən SAMA şirkətinin 49,8 min ABŞ dolları məbləğində borcuna aiddir və 3,9 milyon rubl başlanğıc qiymətlə satışa çıxarılıb.
Üçüncü lot isə Azərbaycan Respublikasının Şabran rayonunda yerləşən “Deviçi-Deyirman” MMC-yə qarşı 49,6 min ABŞ dolları məbləğində tələb hüququndan ibarətdir və 3,9 milyon rubl dəyərində qiymətləndirilib.
Hərrac aprelin 24-də elektron platformada açıq auksion formatında keçiriləcək.
Bütün tələb hüquqları Rusiya arbitraj məhkəmələrinin qərarları ilə təsdiqlənib, onların bir hissəsi isə Azərbaycan məhkəmələri tərəfindən də tanınıb.
Hərracın addımı ilkin qiymətin 5%-i həcmində müəyyən edilib. Qalib elan olunan şəxsə alğı-satqı müqaviləsini imzalamaq üçün 5 gün, əldə etdiyi aktivin ödənişini həyata keçirmək üçün isə 30 gün vaxt veriləcək.
Stavropol diyarının Arbitraj Məhkəməsi 2022-ci ildə “ATK” MMC-ni müflis elan edib. İflas prosesinin idarəçisi isə Sergey Nikolayev təyin olunub.
Qeyd edək ki, “ATK” MMC müflis olduğu üçün şirkətin özünün ona borclu olan şəxslərdən ödənişləri almaq hüququ yoxdur. Bunun üçün həmin borcların geri qaytarılması hərraca çıxarılıb. Hər bir şirkətin borcu isə lot adlanır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.