Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"İnsanların qeyri-sağlam şəraitdə, ünvan sistemləri olmayan qeyri-yaşayış sahələrində məskunlaşması onların iş tapmasında və biznes qurmasında çətinlik yaradır".
Oxu.Az xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru Anaklaudia Rossbax XIII Qlobal Bakı Forumunda "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər" mövzusunda keçirilən panel müzakirəsində deyib.
Onun fikrincə, bu problemə təcili diqqət çəkmək vacibdir, çünki problemin miqyası qlobal səviyyədə tam qiymətləndirilmir:
"Halbuki bu, həm mənzil, həm də qlobal əlçatanlıq böhranlarının çox mühüm hissəsidir.
Bu gün xüsusilə gənclərin mənzil kirayələməyə və ya ev almağa gücləri çatmır. Bunun səbəbi mənzil qiymətlərinin və ya ipoteka faizlərinin çox yüksək olmasıdır.
Mən hesab edirəm ki, problemin əsas struktur səbəbi yoxsulluğu və bərabərsizliyi aradan qaldırmaq üçün təhsilə ehtiyacın olmasıdır. Təhsil səviyyəsinə baxanda da görürük ki, bu məsələ problemin bir hissəsidir və hələ də bir çox insanın bu imkanlara çıxışı yoxdur.
Çünki indi mənzilə çıxış məsələsi qlobal xarakter daşıyır və bu, demək olar ki, bütün ölkələr üçün mühüm məsələdir. Bir çox yerlərdə yaşayış binaları tikilsə də, xüsusilə inkişaf etməkdə olan ölkələrdə bu evlərlə yanaşı lazımi xidmətlərin də təmin olunması vacibdir.
Torpaq çox bahadır, xüsusilə yaxşı məkanlardakı torpaq sahələri. Bizim mənzil layihələri sahəsində böyük təcrübəmiz var və görmüşük ki, bəzi layihələr uğurlu olmayıb. Bunun səbəbi isə çox vaxt layihələrin tam xidmət paketini - infrastruktur, nəqliyyat, sosial xidmətlər və s. təmin edə bilməməsidir.
Bu səbəbdən biz transmilli miqrasiya kimi idarə olunması çətin olan proseslərlə mübarizə aparmaq üçün müəyyən həll yolları axtarmışıq. Bu sahədə dəyişikliklərə ehtiyac var.
Əsasən, qarşıdakı illərdə üzləşəcəyimiz problemləri həll etmək üçün yeni siyasətlər və layihələr hazırlamalıyıq. Həmçinin başa düşməliyik ki, bu sahədə reaksiyalar mövcuddur və biz maliyyələşmə və həyata keçirilmə üsulları baxımından daha çevik olmalıyıq".
Aygün Mirakif
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.