AZ

Azərbaycanın onlayn surdotərcümə xidməti ÜST-nin sənədlərinə daxil edilib

Bakı. Trend:

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi2025-ci il 28 iyul tarixindən Azərbaycanda ilk dəfə olaraq eşitməvə nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan"Səsiniz olaq" adlı onlayn surdotərcümə xidməti istifadəyəverib.

Trend-inməlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirəolunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqındahesabatında öz əksini tapıb.

Hesabata görə, indiyədək 143 müraciət üzrə onlayn surdotərcüməxidməti həyata keçirilib.

"Səsiniz olaq" onlayn surdotərcümə xidməti Ümumdünya SəhiyyəTəşkilatı tərəfindən ən yaxşı təcrübə elan edilib. İnklüzivliyiartıran bu alət ÜST-nın Avropa regionu üzrə əlilliyi olan şəxslərüçüninklüziv mühitin və sosial inteqrasiyanın təmini sahəsindəuğurlu təcrübələri əhatə edən sənədə daxil edilib.

Seçilən
15
az.trend.az

1Mənbələr