AZ

WUF13 üçün Bakı Olimpiya Stadionunda müvəqqəti gömrük nəzarəti zonası yaradılıb

Bakı.Trend:

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakışəhərində keçiriləcək On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəərazisinə gətiriləcək mallar üzərində gömrük nəzarətinin səmərəliqaydada həyata keçirilməsi və bu malların gömrük rəsmiləşdirilməsiprosesinin operativ tənzimlənməsi məqsədilə Bakı OlimpiyaStadionunun ərazisində “WUF13 – müvəqqəti gömrük nəzarəti zonası”yaradılıb.

Trend-inməlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirəolunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqındahesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, “Cənub-Astara” dövlət sərhədindənburaxılış məntəqəsinin kompleks tikintisi məqsədilə layihə-smetasənədləri hazırlanıb və məntəqənin tikintisi üçün nəzərdə tutulmuştorpaq sahələri alınıb. Hazırda torpaq sahələrinin təyinatınındəyişdirilməsi işləri aparılır.

“Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsininyenidən qurulması və infrastrukturunun genişləndirilməsi məqsədilətorpaq sahələrinin alınması işləri aparılır.

“Ələt” dövlət sərhədindən buraxılış məntəqəsinin layihə-smetasənədləri hazırlanmış və Şəhərsalma və Arxitektura Komitəsinin“Elektron tikinti portalı”na yüklənilib. Eyni zamanda, idxal-ixracterminalları üçün məntəqəyə əlavə 20 ha torpaq sahəsi ayrılıb.

“Ləkin” dövlət sərhədindən buraxılış məntəqəsinin layihə-smetasənədləri hazırlanmış, sərnişin keçid xəttinin tikintisi başaçatıb.

“Culfa” gömrük postunda yarımçıq tikililərin tamamlanmasıişlərinin layihə-smeta sənədləri hazırlanmış və ekspertiza olunaraqaidiyyəti qurumlardan rəylər alınıb. Hazırda tikinti işləri davamedir.

“Sədərək” gömrük postunun yaxınlığında TIR parkının yarımçıqtikililərinin tamamlanması işlərinin layihə-smeta sənədlərihazırlanmış və onların ekspertizası üzrə aidiyyəti qurumlardanrəylər alınmışdır. Tikinti işləri tamamlanıb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasındaəsaslı təmir və yenidənqurma işləri, Sumqayıt Gömrük İdarəsininərazisində müvəqqəti saxlancl anbarlarının tikintisi, “YeniSəngəçal” və “Yevlax” gömrük postlarının əsaslı təmiri üzrəlayihə-smeta sənədləri hazırlanmış, digər müvafiq işlərgörülülüb.

Seçilən
14
az.trend.az

1Mənbələr