ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparmaq imkanı ilə maraqlanıb.
AZXEBER.COM xəbər verir ki, bu məlumatı Cənubi Koreyanın Baş naziri Kim Min Suk açıqlayıb. Yonhap agentliyinə danışan baş nazir Trampla Kim Çen In arasında görüş təşkil etmək niyyətində olduğunu deyib: "Bunu açıqlamaq çətindir, amma Prezident Tramp Kim Çen Inla görüşməkdə çox maraqlı idi və mənim konkret şəkildə həyata keçirmək istədiyim bir fikrim var. Tramp köməkçilərinə daha bir neçə məqamı aydınlaşdırmağı tapşırıb".
Baş nazir hesab edir ki, ABŞ və Şimali Koreya liderləri görüşsələr, Koreya yarımadasında nizamlanmanı müzakirə edəcəklər.
Qeyd edək ki, Trampın birinci prezidentliyi dövründə - 2018-ci ilin iyun ayında Sinqapurda ilk ABŞ-Şimali Koreya sammiti keçirilib və nəticədə birgə sənəd qəbul edilib. Daha sonra Pxenyan Vaşinqtondan təhlükəsizlik zəmanətləri müqabilində nüvəsizləşdirmə öhdəliyi götürüb. İkinci sammit 2019-cu ilin fevral ayında Hanoyda keçirilib. Tramp və Şimali Koreya lideri Kim Çen In təkbətək görüşlər də daxil olmaqla bir neçə görüşdən sonra razılığa gələ bilmədilər və birgə sənəd imzalamadılar. Tramp və Kim Çen In arasında son görüş 30 iyun 2019-cu ildə Şimali Koreya ilə Koreya Respublikası arasındakı sərhəddəki silahsızlaşdırılmış zonada baş tutub.
Musavat.com
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.