AZ

Bakıda sakinləri təngə gətirən PROBLEMLƏR Zibil, çirkab su, keçilməz yollar

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Təbriz Xəlilbəyli küçəsində illərdir ki, antisanitar vəziyyət hökm sürür.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər müraciət ediblər.

Sakinlərin sözlərinə görə, Balaxanı ilə Sabunçu qəsəbələrini birləşdirən, "Zavod yolu" adlanan ərazi müxtəlif tullantıların dolub-daşdığı, yağışlı havada isə çirkab suların yığıldığı gölə çevrilib.

View this post on Instagram

Sakinlər bildiriblər ki, sözügedən vəziyyət yeni deyil, artıq 3-4 ildir ki, davam edir:

"Qış aylarında yağış suları həmin ərazini tez-tez basır. Buna səbəb isə yolun kənarlarının torpaq və tullantı təpəcikləri ilə doldurulmasıdır. Nəticədə suyun axını üçün şərait yaranmır və ərazi palçıqlı vəziyyətə düşür, hərəkət demək olar ki, çətinləşir. Bir müddət əvvəl ərazidə problemin həlli üçün müəyyən işlərin görüləcəyi bildirilsə də, faktiki olaraq yolun təmiri aparılmayıb.

Problemli sahə yalnız torpaq, daş-kəsək və müxtəlif tikinti qalıqları ilə doldurulub, kənarlarda isə xəndəklər qazılıb. Əraziyə traktor və yük avtomobilləri ilə torpaq və tullantılar gətirilərək boşaldılır, bu isə vəziyyəti daha da ağırlaşdırır. Sözügedən yol gündəlik marşrut xətti kimi də istifadə olunur, avtobus sürücüləri də mövcud vəziyyətdən narazıdırlar".

Sakinlər sonda vurğulayıblar ki, məsələ ilə bağlı dəfələrlə müraciət olunsa da, nə bələdiyyə, nə də yerli icra qurumları problemin həlli üçün konkret addım atıb.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
oxu.az

1Mənbələr