Sumqayıt şəhərində kişi meyiti tapılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Məlumata görə, ərazidə bir nəfərin meyiti aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.