AZ

Qlobal Bakı Forumunda şəhərsalma sahəsində problemlər və həllər müzakirə olunub

XIII Qlobal Bakı Forumu çərçivəsində "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər" adlı panel sessiya keçirilib.

"Far.Az"un məlumatına görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinosa deyib ki, Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Şəhərsalma Forumuna (WUF13) böyük ümidlər var.

BMT Baş katibinin müavini, qurumun Məskunlaşdırma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax şəhərlərdə yaşayış yerlərinin çox baha qiymətə satıldığını bildirib:

"Elə yerlər var ki, insanlar heç sanitariyaya çıxış əldə edə bilmirlər. Bu isə insanlar üçün çətinliklər yaradır, daha doğrusu fövqəladə vəziyyət yaradır. Xüsusilə, yaşlı nəsil normal şəraitə nail ola bilmirlər. Ona görə də yoxsulluq və bərabərsizliyin aradan qaldırılmasına nail olmalıyıq, bunun yollarını tapmalıyıq. Bu həm də şəhərlərə axını gücləndirir".

London şəhərinin sabiq lord-meri Mişel Mainelli qeyd edib ki, bu gün mükəmməl şəhər tikmək mümkün deyil:

"Bu gün fərqli maliyyə mexanizmi ilə müxtəlif infrastruktur layihələri həyat keçirilir. Korrupsiya və ya maliyyə problemləri səbəbindən bəzən tikinti işləri uğurlu alınmır. Ümumiyyətlə, məskunlaşma qlobal problem kimi görünür, əslində, bu, yerli səviyyədə həll olunmalı məsələdir".

UNESCO-nun İnklüziv və Davamlı Şəhərlərin Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zaççiroli vurğulayıb ki, Avropada immiqrantlar, əlillər, gənclər, hətta irqçiliyə məruz qalan təbəqələr də UNESCO-nun yaşayış təminatı siyasəti ilə əhatə olunur:

"Qiymətlərin əlçatanlığı baxımından şəhərləri sanksiya altına ala bilmərik. Elə bir sistem qurmaq lazımdır ki, şəhərsalma siyasəti maraq doğursun. Dünyada 1.5 milyard insan dözülməz şəraitdə yaşayır. Onların içərisində uşaqlar və gənclər də var. Bizim borcumuzdur ki, yaşayış şəraitinin yaxşılaşdırılması siyasətindən heç kim kənarda qalmasın".

Rumıniya Baş nazirinin sabiq müavini Ana Birçal söyləyib ki, məskunlaşma və evlə təmin olunma gələcək üçün əminlik yaradan ciddi məsələdir:

"Ona görə də dünya əhalisinin yaşayış təminatı ilə əlaqədar uzunmüddətli siyasətin həyata keçirilməsi önəmlidir. Şəhərsalma sahəsində verilən qərarların, uzunmüddətli yanaşmanın nəticəsini göstərməsi 10-12 il vaxt, səbir tələb edir. Əgər insanların yaşayış təminatı yaxşılaşdırılarsa, dayanıqlı gələcək üçün zəmin yarada bilərik".

Gülər Seymurqızı

Aysel Aslan

Seçilən
16
2
far.az

3Mənbələr