AZ

Azərbaycanda İLK – “Ağıllı çəkmə” hazırlandı

Lənkəranlı məktəblilər insan həyatını mina təhlükəsindən qoruyan “ağıllı çəkmə”lər hazırlayıblar.

Şagirdlərin hazırladıqları bu çəkmələr minaxtaranları, xüsusən hərbiçiləri mina təhlükəsindən qorumaqdır.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə Lənkəran rayonu Boladi kənd Nahir Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin hazırladıqları “Əsgəri xəbərdarlıq etməklə minadan qoruyan ağıllı ayaqqabılar” ilk gündən mütəxəssis alimlərin və hərbi sənaye üzrə ixtisaslaşmış ekspertlərin xüsusi marağına səbəb olub. Şagirdlərin sözlərinə görə, hazırlanan sistem əsgərlərin fərdi təhlükəsizliyini artırmaq məqsədilə ayaqqabının alt hissəsinə yerləşdirilən xüsusi mina detektoru prototipi üzərində qurulub. Şagirdlər deyir ki, döyüş zamanı əsgərin diqqətini döyüşə cəlb etməsi həm də ayağının altının yoxlaması çox çətin olduğundan “ağıllı çəkmə”ləri hazırladıq. Bunun üçün çəkmənin alt hissəsinə xüsusi avadanlıqlar yerləşdirdik. “Əsgər döyüş zaman ayağını atmamışdan çəkmə 6-8 sm məsafədə ayağın altında olan metalı və minanı müəyyən edir. Mina axtaran detektorlar çox ağır olduğundan, həm əsgərlər əllərində silah həm də mina axtaran detektor, rahat hərəkət edə bilmilər. Əsas məqsədimizdə odur ki, hər bir əsgərimizin özünə məxsus bir mina detektoru olsun”.

Şagirdlərə dəstək olan məktəbin fizika müəllimi Seyran Əliyev deyir ki, ağıllı ayaqqabılar minalanmış ərazidə hərəkət zamanı ayaqqabı torpağa tam təmas etməzdən əvvəl sistem metal mina ehtimalını müəyyən edərək istifadəçiyə səs, vibrasiya və ya işıq siqnalı vasitəsilə xəbərdarlıq edir. Bundan əlavə, piezo element vasitəsilə addım zamanı yaranan enerji elektrik enerjisinə çevrilərək batareyaları doldurur və cihazın fasiləsiz işləməsinə imkan yaradır.

Qeyd edək ki, layihə “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsində qızıl medal qazanıb.

Seçilən
33
nocomment.az

1Mənbələr