AZ

Paytaxtda market və bank kartından oğurluq edən şəxslər saxlanıldı


Binəqədi rayonunda yerləşən mağazaların birindən oğurluq edilib. Naməlum şəxs obyekti talayaraq icarədara 2075 manat maddi zərər vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı S.Aydınovu müəyyən edərək saxlayıblar:
“Araşdırmalar nəticəsində məlum olub ki, o, bir müddət mağazanı kənardan müşahidə edərək açılma və bağlanma vaxtlarını dəqiqləşdirib. Daha sonra gecə saatlarında obyektin qapısını sındırmaqla içəri daxil olaraq nağd pul, bank kartları, tütün məmulatı və digər dəyərli malları talayıb.
Qaradağ rayonuda keçirilən tədbir zamanı isə bank kartından 800 manat oğurlamaqda şübhəli bilinən 23 yaşlı Ə.İsmayılov da saxlanılıb.
Seçilən
15
11
yeniavaz.com

10Mənbələr