AZ

Nazirlik yeni mənzillər satışa çıxardı Kv.metri 435 manatdan 830 manata qədər

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial layihə çərçivəsində kvadratmetri bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı olan yeni mənzillər satışa çıxarıb.

Mia.az nazırliyə istinadla xəbər verir ki, mənzillərin kvadratmetr qiyməti 435-830 manat intervalında müəyyən edilib.

Paytaxt Bakının Ümid qəsəbəsində, eləcə də Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış komplekslərindəki bu mənzillərin hər biri aşağıdakı xüsusiyyətlərə malikdir:

- 3 və 4 otaqdan ibarətdir, tam təmirli vəziyyətdədir və əvvəllər istifadə olunmayıb,

- Çıxarışı mövcuddur, ipoteka krediti vasitəsilə əldə etmək üçün uyğundur.

Mənzillər barədə ətraflı məlumat ms.sosial.gov.az portalında əldə edilə bilər. Mənzili həmin portalda "Bron et" düyməsinə basmaqla rezerv etmək mümkündür.

Hər bir mənzili maksimum 3 nəfər bron edə bilər. Əgər ilk bron edən şəxs mənzili almaqdan imtina edərsə, alış hüququ növbə ilə bron etmiş digər şəxsə ötürülür.

Mənzili bron edərək satın alan şəxslə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün ərzində alqı-satqı müqaviləsi rəsmiləşdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
5
mia.az

8Mənbələr