Salyanda 4 yaşlı uşaq su quyusuna yıxılaraq ölüb. 1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gün rayonun Qaraçala qəsəbəsində baş verib. Qəsəbə sakini 2022-ci il təvəllüdlü Ə.Ağarzazadə həyətdəki su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır