AZ

Neft 150 200 dollara qədər bahalaşa bilər: İqtisadçıdan MÜHÜM TƏHLİL

Sitat.info saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Ümumiyyətlə bütün hərbi qarşıdurmalar istər regional, istərsə də, qlobal iqtisadiyyat üçün ən böyük risklərdən biri hesab olunur. Bütün müharibələr dünya iqtisadiyyatına əsasən enerji bazarı, logistika və maliyyə bazarları vasitəsilə təsir edir. O cümlədən də, ABŞ-İran münaqişəsi qlobal bazarda neftin qiymətinin qısa müddətdə bir barel üçün 90-120 ABŞ dollarına qədər yüksəlməsinə səbəb oldu. Bu isə, enerji ixrac edən ölkələrin büdcə gəlirlərinə müsbət təsir etsə də, idxal məhsullarının qiymətini artırdığı üçün, inflyasiyanın yüksəlməsinə və iqtisadi artımın zəifləməsinə gətirib çıxarır".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Vüsalə Əhmədova deyib. 

O bildirib ki, Azərbaycanın dövlət büdcəsi və ixracının böyük hissəsi enerji sektorundan formalaşır: "Ümumi ixracımızın təxminən 85-90%-i neft və qaz sektorunun payına düşür. Müharibə başladığı ilk günlərdə "AzeriLight" markalı neftin bir barrelinin qiyməti qlsa müddətə 120-125 dollar həddinə qədər çıxdı. Hazırda dünya bazarında "AzeriLight" markalı neftin bir barelinin qiyməti 105-110 dollar civarındadır. Nəzərinizə çatdırım ki, 2026-cı ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 65 dollar götürülmüşdü. Hazırkı qiymət büdcədə nəzərdə tutulandan 40 dollar yüksəkdir. Neft qiymətində 40 dollarlıq yüksəlmə, Azərbaycanın illik ixrac gəlirlərində təxminən 6-8 milyard dollar artım deməkdir. Bu baxımdan qısa müddətdə enerji qiymətlərinin yüksəlməsi Azərbaycanın tədiyə balansını və büdcə gəlirlərini gücləndirəcək".

V.Əhmədova onu da  qeyd edib ki, müharibə inflyasiyanın artmasına gətirib çıxaracaq: "Digər tərəfdən isə, hərbi münaqişə logistika və ticarət marşrutlarına ciddi təsir göstərir. Enerji və nəqliyyat xərcləri artdıqda adətən inflyasiya da yüksəlir. Xüsusilə idxal məhsullarında qiymət dəyişməsi daha tez hiss olunur. Ən əsası, ərzaq məhsullarının qiymətlərində 5-10% arası artım gözlənilir. Bir digər riskin mərkəzində isə, dünya neft ticarətinin ən kritik nöqtələrindən biri olan Hörmüz boğazı dayanır. Hazırda bütün dünya Hörmüz boğazının blokada edilmə riski ilə qarşı-qarşıyadır. Dünya neft ticarətinin təxminən 20%-i gündəlik olaraq Hörmüz boğazı vasitəsilə daşındığı üçün, bölgədə hərbi gərginlik enerji qiymətlərində ciddi sıçrayış yaradacaq. Əgər İran Hörmüz boğazını bağlayarsa neftin bir barrelinin qiyməti 150-200 dollar səviyyəsinə qədər yüksələ bilər. Qlobal enerji qiymətlərində artım, qısa müddətdə enerji ixrac edən ölkələr üçün əlavə gəlirlər yaratsa da, dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini gücləndirir və iqtisadi artımı zəiflədir. Bu isə ticarət, investisiya və maliyyə bazarlarında qeyri-müəyyənliyin artması ilə nəticələnəcək".

Tehran,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
sitat.info

3Mənbələr