AZ

Mövsümi allergiyası olanların NƏZƏRİNƏ - İndidən bunları edin

Yazın gəlişi ilə təbiət oyanır, havalar istiləşir. Lakin bəzi insanlar üçün bu gözəl fəsil mövsümi allergiya riski ilə müşayiət olunur.

BAKU.WS xəbər verir ki, "Veçernyaya Moskva"mövzu ilə bağlı araşdırmasında allergiyanın təsirini minimuma endirməyin yolları açıqlayıb.

Mütəxəssislər bildirirlər ki, aktiv tozlanma dövründən xeyli əvvəl profilaktik tədbirlərə başlamaq vacibdir. İlk növbədə evdə əsaslı təmizlik aparılmalı, xüsusilə toz yığılan çətin əlçatan guşələrə və tekstil məmulatlarına diqqət yetirilməlidir. Havada olan tozcuqlardan qorunmaq üçün mövsüm ərəfəsində hava təmizləyicisi quraşdırmaq tövsiyə olunur. Alternativ olaraq xırda torlu xüsusi ağcaqanad torlarından istifadə etmək mümkündür.

Piroqov Universitetinin Poliklinik Terapiya kafedrasının assistenti Sergey Kozırev bildirib ki, çiçəklənmə mövsümünə iki həftə qalmış antihistamin preparatların qəbuluna başlamaq simptomların şiddətini azalda bilər. Onun sözlərinə görə, allergen-spesifik immunoterapiya (ASİT) də yüksək effektivlik nümayiş etdirir.

Ekspert vurğulayıb ki, xüsusilə mövsümi allergiya ilə mübarizədə insanın öz səhhətinə həssas yanaşması və ilk narahatedici əlamətlər yaranan kimi həkimə müraciət etməsi olduqca önəmlidir. Çünki allergik reaksiya demək olar ki, istənilən xarici faktor nəticəsində yarana bilər. Özbaşına diaqnoz və müalicə yolverilməzdir. Yanlış müalicə ciddi fəsadlara, o cümlədən bronxial astmanın inkişafına səbəb ola bilər.

Seçilən
2
1
far.az

2Mənbələr