AZ

Nəriman Qomeşlə “Kolambus Kryu”nun stadionunu gəzdi

“Kolambus Kryu"ya transfer olunan Nəriman Axundzadə komandanın “ScottsMiracle-Gro Field Columbus” stadionu ilə ilk dəfə tanış olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı paylaşım edib.

Nəriman arenanı “Barselona” və “Everton”un sabiq oyunçusu, məşhur futbolçu Andre Qomeşlə birlikdə ziyarət edib.

Xatırladaq ki, portuqaliyalı yarımmüdafiəçi də “Kolambus Kryu”nun yeni transferlərindən biridi.

Seçilən
8
1
football-plus.az

3Mənbələr