AZ

Üç dost kafedə yeyib içib hesabı ödəmədi Dava da saldılar

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Salyan rayonunda ictimai yerdə asayişi pozan 3 nəfər həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Kürsəngi kəndində yerləşən kafedə baş verib.

Adıçəkilən kəndin sakinləri olan 1987, 1988 və 1992-ci il təvəllüdlü 3 nəfər kafedə yeyib-içdikdən sonra hesabı ödəməkdən imtina ediblər. Onlar kafedə işləyən ofisianta və oranın sahibinə borclarını nisyə yazdıraraq getmək istəyiblər. Lakin kafe sahibi bununla razılaşmayıb. Nəticədə sərxoş halda olan müştərilərlə kafe sahibi arasında dava-dalaş olub.

Əraziyə polis əməkdaşları dəvət edilib və xuliqanlıq hərəkətləri edən 3 nəfər saxlanılıb.

Barələrində protokol tərtib edilən şəxslərin hər birinə rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası verilib.

Aslan Vəliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
3
qafqazinfo.az

4Mənbələr