Bakı. Trend:
Mənzil məsələsinin həlli üçün hökumətin bütün səviyyələrindəkompleks yanaşma tələb olunur.
Trend xəbər verirki, bunu bu gün Rumıniyanın sabiq baş nazir müavini Ana Birçall“Keçid dövründə olan dünyadakı fikir ayrılıqlarının aradanqaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı zamanıbildirib.
“Mənzil siyasəti yalnız evlərin inşası ilə məhdudlaşmır. Bu,məşğulluq, sosial siyasət, iqtisadiyyat və demoqrafiya ilə sıxbağlıdır”,- deyə Birçall vurğulayıb.
O, hökumətdə çalışdığı dövrdə həyata keçirilmiş gənc ailələrədəstək proqramları üzrə təcrübəsini xatırladıb.
“Əgər insanın işi yoxdursa o, mənzil ala bilməz. Amma işə qəbulolmaq üçün təcrübə lazımdır. Bəs universiteti yeni bitirmiş gəncnecə təcrübə əldə etsin? Məhz buna görə biz könüllü fəaliyyət vətəcrübə proqramlarını tətbiq edirdik ki, bu proqramlar peşəkartəcrübə kimi hesab olunurdu. Təcrübə qazandıqdan sonra insan işədüzələ bilirdi və işə düzəldikdən sonra mənzil almaq imkanına sahibolurdu”, – o bildirib.
Onun sözlərinə görə, yalnız bundan sonra gənclərin ailə qurma vəuşaq sahibi olma planları üçün imkan yaranır.
“Buna görə də mənzil siyasəti daha geniş sosial və iqtisadistrategiyanın bir hissəsi kimi qiymətləndirilməlidir”, – deyəBirçall vurğulayıb.