İsrail Müdafiə Ordusu (SAXAL) Təbrizin qərb hissəsində yerləşən sənaye zonasının sakinlərinə müraciət edərək təcili xəbərdarlıq yayımlayıb.
NOCOMMENT.az xəbər verir ki, rəsmi müraciətdə Təbrizin qərbindəki sənaye zonasında (qoşulmuş xəritədə qırmızı rənglə işarələnmiş ərazi) olan hər kəsə ciddi xəbərdarlıq edilib.
Bildirilib ki, İsrail ordusu son günlər Tehran ətrafında İran rejiminin hərbi infrastrukturuna zərbələr endirdiyi kimi, yaxın saatlarda bu ərazidə də əməliyyatlar keçirəcək:
“Hörmətli vətəndaşlardan öz təhlükəsizlikləri və sağlamlıqları naminə xəritədə göstərilən zonanı dərhal tərk etmələri xahiş olunur”.
Vurğulanıb ki, həmin ərazidə qalmaq insanların həyatını birbaşa təhlükə altına qoyur.
Sara
NOCOMMENT.az