AZ

Kubada üsyan: Etirazçılar Kommunist Partiyasının qərargahını yandırdılar

Kubanın Syeqo-de-Avila əyalətinin Moron şəhərində vəziyyət nəzarətdən çıxıb.

NOCOMMENT.az xəbər verir ki, cümədən şənbəyə keçən gecə etirazçılar Kuba Kommunist Partiyasının yerli komitəsinin binasını ələ keçirərək yandırıblar.

Şahidlərin verdiyi məlumata görə, qəzəbli kütlə binadakı mebelləri, rəsmi şəxslərin portretlərini və təbliğat materiallarını küçəyə daşıyaraq böyük tonqal qalayıblar.

Hadisələrin bu həddə çatmasına səbəb ölkədə yaşanan misilsiz enerji kollapsıdır. Artıq ardıcıl olaraq səkkizinci gecədir ki, bütün ada tam qaranlığa qərq olur.

Elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi səbəbindən xəstəxanalar yalnız ehtiyat generatorlar hesabına fəaliyyət göstərir, çörəkxanalar odunla çörək bişirməyə məcbur qalıb, qida ehtiyatları isə sürətlə tükənməkdədir.

Video Oynadıcı


Seçilən
56
1
azia.az

2Mənbələr