ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbərin mətni
Mənzil təminatı iqtisadi artımın sadəcə nəticəsi deyil, fundamental insan hüququ kimi qəbul edilməlidir. Şəhər şəbəkələri Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə həyata keçirilməsində, BMT sistemi ilə əməkdaşlığın gücləndirilməsində və yerli idarəetmə orqanlarının potensialının artırılmasında mühüm rol oynayır. AZƏRTAC xəbər verir ki, bu sözləri UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchiroli XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusunda panel iclasında deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.