AZ

Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atıb

Şimali Koreya Cənubi Koreya və ABŞ-nin bölgədəki birgə hərbi təlimlərinə cavab olaraq Yaponiya dənizinə 10 ədəd ballistik raket atıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı (JCS) məlumat yayıb.

Cənubi Koreya ordusu Şərq dənizinə doğru atılan təxminən 10 ədəd ballistik raketin aşkar edildiyini bildirərək, ABŞ ilə koordinasiyalı şəkildə vəziyyəti yaxından izlədiklərini bəyan edib.Yaponiya hökuməti də raketlərin atılmasını təsdiqləyərək, onların Yaponiya dənizinə düşdüyünü açıqlayıb.

Yapon rəsmilər raketlərin hər hansı zərər yetirib-yetirmədiyini müəyyən etmək üçün məlumatların təhlilinin davam etdiyini qeyd ediblər.

Seçilən
13
cebheinfo.az

1Mənbələr