AZ

Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur?

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard ABŞ dolları təşkil edir.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.

Əli Əsədov xatırladıb ki, ötən il ölkənin strateji valyuta ehtiyatları təqribən 14 milyard ABŞ dolları və yaxud 20 % artaraq 85 milyard ABŞ dollarını keçib:

"Bu, ÜDM-dən 12 % çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir, xarici dövlət borcunu (4,8 milyard ABŞ dolları) 18 dəfəyə qədər üstələyir”.

Ümumiyyətlə, hər bir ölkədə strateji valyuta ehtiyatları hansı hallarda istifadə olunur?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, hər bir ölkədə strateji valyuta ehtiyatları əsasən maliyyə-iqtisadi və fövqəladə hallarda istifadə olunur:

“Azərbaycanın strateji valyuta ehtiyatları 2022-ci ildən bu yana, həqiqətən gözə çarpacaq şəkildə artıb. Mərkəzi Bank və Dövlət Neft Fondunun aktivləri təqribən 85 milyard dolları keçib. Strateji valyuta ehtiyatları adətən bir sıra məqsədlər üçün istifadə olunur.

Valyuta bazarında müəyyən problemlərin yarandığı təqdirdə valyuta ehtiyatlarından istifadə edilə bilər. Xüsusilə, manatın dollara qarşı 1 manat 75 qəpik civarında saxlanılması üçün bu üsuldan istifadə olunub.

Eyni zamanda, maliyyə-iqtisadi böhran və fövqəladə hallarda, xarici borcların bağlanılmasında valyuta ehtiyatlarından istifadə olunur. Hətta banklar likvidiklik promlemini həll etmək üçün valyuta ehtiyatlarına baş vura bilər. Azərbaycanda bu məsələ yetərincə sığortalanıb.

Hesab edirəm ki, Azərbaycan hökuməti bu istiqamətdə düzgün şəkildə riskləri hesablayaraq nəzarət tədbirlərini həyata keçirib. Nəticə etibarı ilə Mərkəzi Bank və Dövlət Netf Fondunun strateji valyuta ehtiyatları – ikisi birlikdə 91 milyard dollara çatıb”. 

Seçilən
4
2
cebheinfo.az

3Mənbələr