AZ

"Heç vaxt dayım Cahangir Cahangirovun adından istifadə etmədim"

"Rusdilli ailədə böyümüşəm. Hər şeydə çətinlik çəkirdim. Universitetə qəbul olmaq üçün çətinlik çəkirdim.

Anam narahat idi, deyirdi, bəlkə dayın Cahangir Cahangirova deyək? Həmin vaxt konservatoriyada professor işləyirdi. Qoymadım. Sonra deyəcəklər ona görə universitetə girmişəm. Heç demədik də, ehtiyac da olmadı. Onun adı ilə iş görməmişəm: Əməkdar artist adı aldım, oxumuşam, işlərimi özüm görmüşəm".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova "Künc-bucaq" yutub layihəsində deyib. Müğənni dayısı, mərhum SSR Xalq artisti Changir Cahangirovdan danışıb. O bildirib ki, heç vaxt onun adından istifadə etməyib.

A.Ələsgərova verilişlərdə bayağı mahnılar səsləndirilməsindən söz açıb:

"İndi hamı toy üçün mahnı oxuyur. Əvvəl bu cür mahnıları efirdə oxumaq olmazdı, indi normaldır. Biz əvvəl efirə çıxmaq üçün bədii şuradan keçməliyik. Bu gün baxırsan həmin müğənnilər bu kanaldadır, sabah o birində. Səviyyəsiz müğənnilər çoxdur, yaxşılar itib-batır. Səviyyəli müğənni özünə hörmət edir, efirə çıxmır. 

"Cebheinfo.az"

Seçilən
0
6
cebheinfo.az

6Mənbələr