AZ

Fənərbaxça dan şok məğlubiyyət Tarixi seriya autsayderlə oyunda bitdi

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə çempionatının 26-cı turuna cümə günü keçirilən iki oyunla start verildi. ''Qaziantep'' Antalya səfərindən 4:1-lik inamlı qələbə ilə döndü. ''Fatih Karagümrük'' ilə ''Fənərbaxça''nın duelində isə nəinki turun, bəlkə də mövsümün ən böyük sürprizi qeydə alındı. Çünki bir tərəfdə sonuncu pillədə qərarlaşan və elitadan düşməyə əsas namizəd sayılan kollektiv var idisə, digər tərəfdə çempionluğa oynayan və bu mövsüm heç kimə uduzmayan bir komanda var idi. Bu matçda cəzalı olan baş məşqçi Domeniko Tedesko qəribə rotasiyalar edərək Marko Asensionu ehtiyatda saxladı. ''Fənər'' ilk yarını 0:2 geridə tamamladı. Bununla da komanda son 5 turun 4-də hesabda geri düşən tərəf oldu. Maraqlıdı ki, meydan sahiblərinin heyətində hesabı açan Bartuğ Elmaz müqavilə ilə ''Fənər''ə məxsusdu və o, superliqada (33-cü oyunda) ilk qolunu məhz elə ''sarı-lacivərdlilər''ə vurdu. Fasilədə Asensionun meydana çıxması ilə fanatların geridönüş ümidi artdı. Zatən bu mövsüm komanda dəfələrlə geridönüşlər etmişdi və hesabda geriyə düşdüyü oyunlarda hamıdan çox (18) xal toplamışdı. Amma bu dəfə çox bərbad və istəksiz görünən İstanbul nəhəngi geridönüş bir yana heç təsəlli qolunu da bura bilmədi! Halbuki komanda oyunu 16 zərbə ilə tamamladı. Beləliklə, ötən mövsümün son turunu da nəzərə alsaq, ''Fənərbaxça''nın Türkiyə çempionatındakı şəxsi rekordu - 26 oyunluq məğlubiyyət seriyası başa çatdı! Bu nəticə ilə faktiki olaraq çempionluq intriqası da məhv oldu. Güclü rəqibini öz meydanında 9-cu qarşılaşmada ilk dəfə yenən ''Fatih Karagümrük'' superliqada ''Fənər''i sonuncu dəfə 1966-nın noyabrında - 66 il, 4 ay, 1 gün öncə yenmişdi. Bu, turnirin tarixində bir komandanın eyni rəqib üzərində iki qələbəsi arasındakı ən böyük zaman bölümü oldu. Onu da bildirək ki, ''Qalatasaray''a ardıcıl 4-cü, tarixinin 26-cı çempionluğunu rəsmiləşdirmək üçün qalan 9 oyunda 7 qələbə yetərli olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

2Mənbələr