AZ

Azərbaycan-Çin strateji əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi və Çinin Azərbaycandakı keçmiş səfiri Vu Hunqbo ilə görüşüb.

Day.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, görüşdə Azərbaycan-Çin hərtərəfli strateji əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb və regionda baş verən əsas məsələləri müzakirə edilib.

"Bu, ikitərəfli münasibətlərimizin dərinliyini əks etdirən dəyərli dialoq oldu", - paylaşımda qeyd edilib.

Seçilən
2
2
day.az

10Mənbələr