AZ

Kilsədən 250 min dollar oğurlayan keşiş pulları əxlaqsızlıq yuvalarında xərcləyib

Kilsədən 250 min dollar oğurlayıb qızlara xərcləyən keşiş işdən qovulub.

Azreform.info “Nyu-York Post”a istinadla xəbər verir ki, hadisə ABŞ-nin Kaliforniya ştatında baş verib.

Belə ki, San Dieqo yepiskopu Emanuel Şaletanın kilsədən 250 min dollar oğurladığı və bir neçə dəfə Meksikada əxlaqsızlıq yuvalarına getdiyi deyilir.

Buna görə Papa Leo yepiskopu vəzifəsindən azad edib.

Məlumata görə, Şaleta 6 martda San Dieqo Beynəlxalq Hava Limanında çantasında 9000 dollardan çox pulla Almaniyaya uçmağa çalışarkən yaxalanıb.

Rəsmilər 69 yaşlı yepiskop barəsində 8 mənimsəmə, 8 çirkli pulların yuyulması və başqa ittihamlar irəli sürüldüyünü bildiriblər.

Həbs edilən keşiş 125 min dollar girov müqabilində həbsdən azad edilib.

Keçən ay katolik xəbər agentliyi olan "Pillar" yepiskopun kilsə əmlakından icarə ödənişlərini şəxsi istifadə üçün yönləndirdiyini və daha sonra xeyriyyə fondları ilə izlərini örtdüyünü bildirib.

Müstəntiqlər iddia edirlər ki, kilsənin maliyyəsindən ən azı 427 min dollar itkin düşüb və bu rəqəm 1 milyon dollara çata bilər.

Qeyd edək ki, İraq əsilli Şaleta 1984-cü ildə Papa II İoann Pavel tərəfindən keşiş təyin edilib və Detroyt və Kanadada vəzifələr tutub.

2017-ci ildə Papa Fransisk Şaletanı Xaldeylilərin San Dieqo Həvarisinin Müqəddəs Pyotr yeparxiyasının yepiskopu təyin edib.

Billurə

Seçilən
18
2
azreform.info

3Mənbələr