AZ

Süni intellektin idarəsində fövqəladə dayandırma mexanizmlərinin olması əhəmiyyətlidir VİDEO

Bakı, 14 mart, AZƏRTAC

Süni intellekt insanın yaratdığı bir innovasiyadır və insan tərəfindən idarə olunmalıdır. Lakin bir çox insan bu məsələdən narahatdır. ABŞ-də keçirilən sorğuların birində məlum olub ki, amerikalıların 77 faizi süni intellektdən narahatlıq keçirir. Bu kimi sorğular bir çox ölkədə də aparılıb və nəticələr demək olar ki, oxşardır.

AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzulu paneldə Finlandiyanın keçmiş Baş naziri Mari Kiviniemi deyib.

O qeyd edib ki, Avropa İttifaqı süni intellektin inkişafının düzgün istiqamətdə getməsi üçün qanunvericilik tədbirləri hazırlayıb. UNESCO və digər beynəlxalq təşkilatlar da bu sahədə mühüm rol oynayır. Eyni zamanda, BMT də süni intellektin idarə olunması ilə bağlı müəyyən yanaşmalar təqdim edib.

“Ümumilikdə, süni intellektin idarə edilməsində şəffaflıq və hesabatlılıq çox vacibdir. Bundan əlavə, həm milli, həm də qlobal səviyyədə effektiv “stop düymələri”nin, fövqəladə dayandırma mexanizmlərinin olması böyük əhəmiyyət daşıyır”, - deyə Mari Kiviniemi vurğulayıb.

Seçilən
20
5
azertag.az

6Mənbələr