AZ

Matça doğru: “Qarabağ”da itkilər var, “Zirə” rahatdır

Azərbaycan Premyer Liqasının XXIV turunda “Zirə” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisində iki futbolçu zədəlidir. Söhbət Bəhlul Mustafazadə və qapıçı Şahruddin Məhəmmədəliyevdən gedir. İki oyunçu da bu görüşü buraxacaq. 

“Zirə”də isə üzlər gülür. Heyətdə cəzalı və ya zədəli futbolçu yoxdur.

“Zirə” – “Qarabağ” qarşılaşması bu gün 19:15-də start götürəcək.

Seçilən
41
idmanxeber.az

1Mənbələr