AZ

Tedesko Fənərbaxça dan göndərilə bilər bu gün prezidentlə görüş olacaq

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Domeniko Tedeskonun "Fənərbaxça"dakı gələcəyi sual altındadır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda "Karagümrük"ə Süper Liqanın 26-cı turunda 0:2 hesabı ilə uduzub. Bununla da İstanbul klubunun çempionatda 22 oyunluq məğlubiyyətsiz seriyası başa çatıb.

Bu matçdan sonra klub prezidenti Saadettin Saran və rəhbərlik təcili iclas keçirib. Yekun qərar bu gün Saran ilə Tedesko arasında keçiriləcək görüşdən sonra veriləcək.

Məşqçinin mümkün gedişi nəzərə alınaraq, onu əvəz edə biləcək iki namizəd də müəyyənləşdirilib: Aykut Kocaman və İsmail Kartal.

Qeyd edək ki, Tedesko bu mövsüm İstanbul klubuna 39 oyunda rəhbərlik edib. Komanda 23 qələbə qazanıb, 11 dəfə heç-heçə edib və 5 dəfə məğlub olub. 26 turdan sonra “Fənərbaxça” turnir cədvəlində ikinci yerdədir və lider "Qalatasaray"dan 4 xal geri qalır. Liderin ehtiyatda bir oyunu da var.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sportal.az

2Mənbələr