AZ

Bu fotoda yaşayan yoxdur...

Zaman-zaman ABŞ tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İranın bir sıra yüksək rütbəli hərbi və dini rəsmiləri öldürülüb. 

"Unikal" xəbər verir ki, ölən şəxslər arasında Ayətullah Seyid Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin rəhbəri general Qasım Süleymani və digər rəhbər şəxslər var.

Maraqlısı budur ki, İran mediasında yayımlanan bir foto dünya medisanın diqqətini çəkib.  Belə ki, görüntüdə ölkənin hərbi rəhbərliyinə daxil olduğu bildirilən şəxslər yer alır. Lakin onların hər biri Amerikanın hücumu nəticəsində müxtəlif zamanlarda həyatlarını itiriblər.

Fotoya qoyulan başlıq isə maraq doğurub.  Belə ki, farsca yazılmış sözlərin tərcüməsi - “Bu şəkildən yalnız ağaclar qalıb" cümləsidir. Söhbət arxa fondakı ağaclardan getsə də, bir çox istifadəçi ağacın Əli Xameneinin əlindəki əsa olduğunu bildirib. 

Gülayə Mecid

Seçilən
25
50
unikal.az

10Mənbələr