Tarixçi alim Cəmil Həsənli Səməd Vurğunun nadir fotosunu üzə çıxarıb.
NOCOMMENT.az xəbər verir ki, şairin fotosunu paylaşan alim bildirib ki, şəkli 18-20 il əvvəl Moskvada Rusiya Kino-Foto, Sənədlər Arxivində işləyərkən əldə edib:
“Səməd Vurğunun 120-ci doğum gününə bir həftə qalır (Səməd Vurğun 1906-cı il 21 martda anadan olub – red.). Qoy bu foto da böyük şairin ruhuna hədiyyə olsun.
Foto SSRİ yazıçılarının 1954-cü ilin 15-26 dekabr tarixlərində keçirilən ikinci qurultayında çəkilib. Orada Səməd Vurğun Sovet poeziyası haqqında geniş məruzə etmişdi.
Qurultay uzun çəkmişdi. Mixail Şoloxovun qurultayda Sovet rəhbərliyinin ədəbiyyat siyasətini tənqid etməsi, SSRİ-də “boz ədəbiyyat” təhlükəsi haqqında danışması kəskin mübahisələrə səbəb olmuşdu. Hamı yorulmuşdu. Bu foto həmin yorğunluğun dolğun bir kompoziyasıdır”. /Yeni Sabah
