AZ

"Kəşfiyyat mübadiləsi" tələsi: Rusiya Ukraynanı İranla dəyişmək istəyir?

ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Rusiyanın Yaxın Şərqdəki mövcud gərginlikdən istifadə edərək Ukraynanın taleyini həll edəcək qeyri-bərabər bir razılaşmaya nail ola biləcəyini iddia edib.

Musavat.com xəbər verir ki, "Dojd" telekanalına müsahibə verən Bolton Putinin zəif nöqtələri tapmaqda DTK mütəxəssisi olduğunu və hazırkı yüksək neft qiymətlərinin Kremil üçün "nağılvari hədiyyə" olduğunu bildirib.

Boltonun sözlərinə görə, Putin Trampa hər iki tərəfi ağrılı vəziyyətə salacaq "paket sövdələşmə" təklif edə bilər: Rusiya İrana kəşfiyyat məlumatlarının ötürülməsini dayandırır, qarşılığında isə ABŞ Ukraynaya yardımları və kəşfiyyat dəstəyini kəsir.

Bolton narahatlığını ifadə edərək bildirib ki, Tramp bu mübadilənin nə dərəcədə qeyri-bərabər olduğunu və Kiyevə necə ağır zərbə vuracağını tam anlamadan bu sövdələşməyə razılıq verə bilər.

Keçmiş müşavir həmçinin xəbərdarlıq edib ki, enerji bazarındakı vəziyyəti stabilləşdirmək adı altında Rusiyaya qarşı tətbiq olunan neft sanksiyaları hətta müvəqqəti olsa belə, qətiyyən ləğv edilməməlidir, çünki bu, Moskvanın hərbi maşınını daha da gücləndirəcək.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr