AZ

Ziyafət Əsgərov: Top” Ermənistan tərəfindədir Müsahibə

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.

Hurriyyet.az müsahibəni təqdim edir:

- Ziyafət müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsinin konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Onun sözlərinə görə, müstəqillik bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Bu halda erməni tərəfindən verilən bu açıqlamanın mahiyyətini necə izah etmək olar?

- Əlbəttə, bunu sülh yolunda verilən mühüm bəyanat kimi dəyərləndirmək olar. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın konstitusiyasında ölkənin müstəqillik atkına istinad mövcuddur. Burada isə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən absurd məqamlar əksini tapıb. Ona görə də bunlar aradan qaldırılmalıdır. Həqiqətən də, bu münaqişə məntiqi üzərində qurulmuş bir normadır. Çünki, 1989-cu ildə Ermənistan tərəfinin qəbul etdiyi müstəqillik haqqında bəyannamədə keçmiş Dağlıq Qarabağ bu ölkənin tərkib hissəsi kimi göstərilib. Keçmiş münaqişə də məhz bunun ucbatından baş verib. Yəni, Ermənistanın Azərbaycana qarşı ərazi idiasına görə, münaqişə olub. Təəssüf ki, Ermənistan konstitusiyasında bu “norma” indi də saxlanılıb. Paşinyan əsassız iddiaların aradan qaldırılması ilə bağlı bəyanat veribsə, bu məntiqlidir.

- Bakı ilə İrəvan münasibətlərində əsas xətt hansı prinsiplər üzərində qurula bilər?

- Azərbaycanla Ermənistan arasında münasibətlər münaqişə məntiqi üzərində qurula bilməz. Azərbaycanın istədiyi də məhz bundan ibarətdir. Əgər, Ermənistanda nəhayət bunu başa düşüb, dərk ediblərsə, bu yaxşı haldır. Azərbaycanın hazırda qarşı tərəfdən başqa bir tələbi yoxdur.

- Azərbaycanın əldə edilən sülh razılaşması fonunda sülhün fundamental əsaslarının formalaşdırılması istiqamətində atdığı addımlar nədən ibarətdir? İqtisadi müstəvidə bir çox məsələlərin həlli prosesə necə təsir göstərəcək?

- Ermənistan tərəfi sülhün bərqərar olmasında maraqlı görünür. Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda da bu məsələni qeyd etdi. Vurğulandı ki, sülh artıq kağız üzərində deyil, əməli, əməkdaşlıq müstəvisinə keçib. Yəni, Ermənistana Azərbaycan ərazisindən yüklər daşınır, iki ölkə arasında əməkdaşlıq imkanları dəyələndirilir və s. Amma Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı Ermənistan tərəfi hələ ki, konkret addım atmayıb. 2025-ci ilin avqustun 8-də Vaşinqtonda regional kommunikasiya xəttlərinin blokadadan çıxarılması ilə bağlı razılıq əldə edilməsinə baxmayaq erməni tərəfindən Zəngəzur dəhlizinin (Tramp marşrutu) açılması ilə bağlı bəyanatlardan başqa heç nə yoxdur.

- Sizcə, Ermənistan tərəfi nəyi gözləyir?

- Mən də anlaya bilmirəm ki, Ermənistan tərəfi Zəngəzur dəhlizinin (Tramp marşrutu) açılması istiqamətində nəyi gözləyir? Faktiki olaraq, hazırlıq işlərinə belə başlanılmayıb. Bu isə açıq suallar doğurur. Əgər, Ermənistan bu razılığa gəlibsə və həmin razılaşmanı imzalayıbsa, nə üçün konkret addımlar atmır? Azərbaycan isə bu məsələdə öz üzərinə düşən bütün işləri demək olar ki, həll edib. Biz dəfələrlə demişik ki, “top” Ermənistan tərəfindədir. O, nəyi gözləyir? Bunu başa düşmək olmur. İndi Ermənistan rəhbərliyinin özü də bəyan edir ki, Zəngəzur dəhlizinin açılması onun müstəqilliyinə heç bir ziyan gətirməyəcək. Əksinə, bu Ermənistanın iqtisadi vəziyyətinin dirçəldilməsinə çox böyük kömək olacaq. Yaxşı olardı ki, Ermənistan tərəfi bu barədə açıqlama versin.

- Regionda, xüsusən də İran ətrafında baş verənlərin sülh və əməkdaşlıq prosesinə təsiri haqqında yanaşmalar necədir?

- Regionda belə bir hadisənin baş verməsi yaxşı hal deyil. Əvvəlcədən də Azərbaycan Prezidenti, xarici işlər naziri bununla bağlı bəyanat verib. Azərbaycan tərəfi olaraq biz tezliklə bu müharibənin bitməsini arzu edirik. Qonşu dövlət kimi biz bu regionda gərginliyin davam etməsini istəmirik. Bu məsələnin beynəlxalq hüququn tələblərinə uyğun həllini arzulayırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
hurriyyet.az

2Mənbələr