AZ

UFC 328-in əsas döyüşü rəsmən açıqlandı

UFC təşkilatı növbəti böyük turnirlərdən biri olan UFC 328 üçün əsas döyüşü rəsmi şəkildə açıqlayıb.

Fanat.Az xəbər verir ki, orta çəki üzrə çempion Xamzat Çimaev titulunu keçmiş çempion Sean Striklanda qarşı müdafiə edəcək.

Məlumata görə, döyüş 9 may tarixində keçiriləcək və gecənin əsas qarşılaşması olacaq.

Turnirin döyüş kartında digər maraqlı qarşılaşmalar da yer alıb. Ağır çəkidə Aleksander Volkov ilə Valdo Kortes-Akosta üz-üzə gələcək.

Mütəxəssislər hesab edir ki, Çimaev – Striklend qarşıdurması orta çəki divizionunda güc balansını müəyyənləşdirə biləcək ən vacib döyüşlərdən biri olacaq.

 

Seçilən
4
1
fanat.az

2Mənbələr