AZ

ABŞ ın İrana qarşı ən ciddi silahı sıradan çıxarılıb? Peyk və radarlarda görünmür

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ və İran dəniz qüvvələri arasında gərgin qarşıdurma yaşanıb. CBS telekanalının məlumatına görə, ABŞ ordusu “Abraham Linkoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran gəmisinə atəş açaraq, helikopter vasitəsilə iki raket buraxıb. İran gəmisinin və heyətinin taleyi hələ dəqiqləşdirilməyib. İran Hərbi Dəniz Qüvvələri isə ABŞ gəmisinə endirilən zərbələr nəticəsində “Abraham Linkoln”un qismən sıradan çıxdığını və gəminin ABŞ-a geri döndüyünü iddia edir. Hadisə regionda hərbi gərginliyi bir qədər artırıb.

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, ABŞ-ın istifadəsində olan aviadaşıyıcıların vurulması və batırılmasına dair bu günə qədər heç bir fakta rast gəlinməyib:

“Bu aviadaşıyıcı özünü müxtəlif təhdidlərdən qorumaq üçün ciddi silah sisteminə malikdir. Bundan əlavə, aviadaşıyıcı həm suüstü raket kreyserləri, həm də sualtı qayıqlar vasitəsilə qorunur. İran tərəfinin verdiyi məlumatlar bir çox hallarda şişirdilmişdir. ABŞ gəmilərinin vurulması və ya zərər görməsi gizlədilə bilməz, çünki bu, peyk görüntülərində görünür. Bundan başqa, dəniz vasitələrinin radar vasitəsilə aşkarlanması mümkündür.

Ədalət Verdiyev

“Abraham Linkoln”un yerdəyişməsi mümkündür, lakin bu birbaşa İranda təsir ilə bağlı olmaya bilər. ABŞ öz itkilərini adətən gizlətmir. Bu günə qədər Vaşinqtonun dörd təyyarəsi vurulub: üçü F-16, biri isə KC-125 yanacaq dolduran təyyarəsidir. F-16-lar Küveyt səmasında dost atəşi ilə vurulub. Yanacaq dolduran təyyarə isə İraq səmasında qəza nəticəsində sıradan çıxıb və altı heyət üzvü həlak olub.

Hazırda ABŞ-ın regionda “Abraham Linkoln”dan başqa daha iki aviadaşıyıcı gəmisi fəaliyyət göstərir və döyüş əməliyyatlarında iştirak

edir. “Abraham Linkoln” texniki səbəblərdən geri çəkilə bilər, lakin onun vurulması heç bir görüntü və faktla təsdiqlənməyib”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr