“Anam əlimdən tuturdu, məni aparmadığı qapı qalmırdı, filormoniyaya , musiqi məktəbinə, hər yerə aparırdı…”
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı deyib.
“Qonaqcanlı” verilişinin qonağı olan ifaçı sənətə gəlişində anasının böyük rolu olduğunu bildirib:
“Anam illərlə kitabxanada işləyib. Bir dəfə direktor qapıda anamı tutdu, dedi: “Hara gedirsiniz yenə?” Dedi ki, qızımın məşqi var. Qışqırdı anamın üstünə: "Nədir, Zeynab Xanlarova eləmək istəyirsən bu qızı?!”
Anama baxıb dedim: “Mama, sənə qurban olaram. Vaxt gələr, mən də yaxşı ifaçı olaram. Sənin əziyyətin yerdə qalmaz”.
Amma vaxt gəldi, mən “Xalq ulduzu” yarışmasında olanda mənim xeyir-duamı məhz Zeynəb xanım verdi. Ona görə hələ də deyirəm: “Ana, çox sağ ol”.
"Cebheinfo.az"