ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
"Məhkəmə bizim xeyrimizə bitdi".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Natiq Şirinov ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında uzun müddətdir davam edən məhkəmə çəkişməsindən deyib.
O, hər zaman qanunun yanında olduğunu bildirib: "Danışmaq üçün söz yoxdur, yorğunam, yatıram".
Ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov da Qaynarinfo-ya açıqlamasında məhkəmə prosesinin Natiq Şirinovun xeyrinə başa çatdığını deyib: "Belə oldu, nə edə bilərik? Təəssüf".
"Qərardan növbəti məhkəmə instansiyasına şikayət edəcəksinizmi" sualına Ramil Cahangirovun cavabı belə oldu: "Müraciət üçün məhkəmələr var, amma belə bir həvəsim yoxdur. Qavaldaşla bağlı həvəsim qalmayıb. Bir neçə dəfə istifadə etmişik, amma daha o həvəs qalmayıb".
Qeyd edək ki, Xalq artisti Natiq Şirinov və ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında davam edən məhkəmə çəkişməsi sona çatıb. Məhkəmənin qərarı ilə "Qavaldaş nağara" ideyası və əsərinin Natiq Şirinova məxsus olduğunun təsdiqlənib, həmçinin "Qavaldaş nağara" maketi məhv edilib.

Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qavaldaş məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.
Xatırladaq ki, Natiq Şirinov "Amarok" zərb alətlər qrupunun rəhbəri Ramil Cahangirovu qavaldaş maketini mənimsədiyi iddiası ilə məhkəməyə müraciət etmişdi.
Bahar Rüstəmli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.