AZ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan Kris Kuaku “Sarpsborq”a keçidi ilə bağlı fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Norveç klubunun saytına açıqlama verib:

“Sarpsborq”in futbolçusu olduğum üçün çox qürurluyam. Komandanın uğuru üçün əlimdən gələni edəcəyəm. Mərkəz yarımmüdafiəçisiyəm və topu müdafiədən hücuma daşımağı xoşlayıram. “Səkkiz” və ya “altı” nömrə mövqeyində oynaya bilirəm. Müdafiəyə kömək etməyi və eyni zamanda hücumlara qoşulmağı sevirəm”.

Futbolçu transferindən əvvəl sabiq komanda yoldaşı Andreas Nibe ilə danışdığını deyib. Onlar daha əvvəl Portuqaliyanın “Mafra” komandasında birlikdə çıxış ediblər:

“Onunla danışanda ilk dediyi söz bu oldu ki, burada hamı sənin daha yaxşı futbolçu olmağın üçün kömək edəcək. Komanda da ambisiyalıdır. “Sarpsborq” inkişaf etmək və irəli getmək istəyən klubdur. Özümü göstərmək üçün səbirsizlənirəm. Meydanda çox enerji verəcəyəm. Özüm haqqında çox danışmağı xoşlamıram. Qoy insanlar gəlib məni meydanda görsünlər”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr