Xocavənd rayonu Xanoba kəndinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Xanoba kəndinə 25 ailə (114 nəfər) qayıdışı baş tutub.
Doğma ocağına qayıdan sakinlərə mənzillərin açarları təqdim olunub.
Sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi qaydaları haqqında məlumatlar verilib.
Xanoba kəndinə qayıdan ailələr hər tərəfli dövlət qayğısı ilə təmin olunublar.
*** 13:51
Köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, doğma yurduna qayıdan ailələri kənddə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyi, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Qalereya
***12:15
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Far.Az report-a istinadən xəbər verir ki, Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.