Xocavənd rayonunun Xanoba kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib. 1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün yola salınan 25 ailəyə sahib olduqları mənzillərin açarları təqdim edilib. 14:30 Köç karvanı Xanoba kəndinə çatıb. 1news.az-ın Trend-ə istinadən məlumatına görə, martın 14-də doğma yurduna yola salınan köç karvanı Xanoba kəndinə çatıb. Xanoba kəndi bu gün 25 ailə olmaqla, 114 nəfərə qucaq açıb. Doğma yurduna qayıdan ailələri kənddə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar. 12:33 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. 1news.az-ın Trend-ə istinadən məlumatına görə, Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Onlar, həmçinin torpaqlarımızın işğaldan azad olunmasında xidmət göstərən Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarını fəda edən şəhidlərə Allahdan rəhmət diləyiblər.