Yazını böyüt
Yazını kiçilt
Əməkdar artist Elnarə Abdullayeva illər əvvəl kəndinə çəkdirdiyi su xətti barədə danışıb.
Hafta.az xəbər verir ki, o, televiziya proqramında bu işi həyata keçirmək üçün kifayət qədər böyük məbləğ xərclədiyini bildirib.
Müğənninin sözlərinə görə, pul çatmadığı üçün evini və zinət əşyalarını satmalı olub:
"Çox böyük məbləğ idi. Evimi də, qızıllarımı da satdım. Pulum çatmırdı deyə, satdım hamısını. Bundan sonra ölsəm də rahatam. Millət üçün istədiyimi etdim".
Xatırltma: Müğənni məbləği əvvəllər bir dəfə deyib. Şamaxı rayonunda yerləşən Çuxanlı kəndinə su çəkdirmə layihəsinə o təxminən 200 min manat vəsait sərf edib.