AZ

İşlədiyi ofisdən 9000 dollarlıq fotoaparat oğurlayan qadın TUTULDU

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ofislərin birindən orada çalışan şəxsə məxsus 9 000 dollar dəyərində fotoaparatın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla fotoaparatın zərərçəkmişlə eyni ofisdə çalışan həmkarı tərəfindən oğurlanması müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
7
23
yenisabah.az

10Mənbələr