Vaşinqton, 14 mart, AZƏRTAC
“Dünən gecə ABŞ qüvvələri İranın Xark adasına genişmiqyaslı dəqiq zərbə endirib”.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının məlumatında deyilir.
Bildirilir ki, zərbə nəticəsində dəniz mina anbarları, raket anbarları və bir çox digər hərbi obyektlər məhv edilib. Qeyd olunur ki, ABŞ qüvvələri neft infrastrukturunu qoruyub saxlamaqla Xark adasındakı 90-dan çox İran hərbi hədəfinə uğurla zərbə endirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton