AZ

"Üç otaqlı evimi satdım və peşimanam... "

Toylarımın ən gözəl vaxtında sənətdən getdim. Lakin yenidən sənətə qayıtmaq, yeni mahnılar yazdırmaq və kliplər çəkdirmək üçün 3 otaqlı evimi satmalı oldum".

Musavat.com bildirir ki, bu sözləri müğənni Rahidə Baxışova "Öz aramızda" verilişində deyib.Müğənni sənətə geri dönüşü zamanı maddi çətinliklər yaşadığını bildirib: "Yenidən ayağa qalxmaq üçün mənə pul lazım idi. Həmin vaxt heç kimin qapısını döyüb pul istəmək istəmədim. Bunu qüruruma sığdıra bilməzdim. Ona görə də bu addımı atdım və həmin evin pulu mənə çox kömək oldu. Yaxınlarım deyirdi ki, Rahidə, sən o evi öz sənətinlə almışdın və elə yenə sənətinə sərf etdin. Buna görə də bu qərarımdan heç vaxt peşman olmamışam".

Xalidə Gəray
Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr